Müəllif - Aida İsaq, Banco.az
Böyük Britaniyanın baş naziri Rişi Sunakın həyat yoldaşı Akşata Murti Hindistanın İT şirkəti “Infoys Ltd”nin səhmlərinin dəyərinin kəskin ucuzlaşması fonunda bir gündə təxminən 49 milyon funt-sterlinq (təxminən 61 milyon dollar) itirib.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, Akşata Murti şirkət səhmlərinin 0,94 faizinə sahibdir.
Şirkət rəhbərliyinin Hindistanda texnologiya sektoru ilə bağlı mənfi proqnoz verməsindən sonra qiymətli kağızlar kəskin şəkildə ucuzlaşıb. Qeyd olunur ki, bu, 2020-ci ilin martından bəri şirkətin qarşılaşdığı ilk belə zəif nəticədir.
Bizi sosial şəbəkələrdən izləyin!!