Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da səfərdə olan İngiltərənin Baş naziri Rişi Sunak ABŞ Konqresində Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüş keçirib.
Banco.az xəbər verir ki, Rişi Sunak rəsmi Vaşinqton səfəri çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Makkarti və Konqres üzvləri ilə görüşüb.
Görüşdən əvvəl çıxış edən Makkarti ABŞ və İngiltərə arasında əlaqələrin dərin köklərə malik tarixinə diqqət çəkərək, iki ölkə arasında əlaqələrin gücləndirilməsinin “dünyanı daha təhlükəsiz yerə çevirəcəyini” vurğulayıb.
Sunak da həmçinin ABŞ-da olmaqdan məmnunluğunu dilə gətirərək ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadiyyatın gücləndirilməsini müzakirə edəcəklərini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!