Huawei ABŞ sanksiyalarına rəğmən ən çox satan smartfon istehsalçısı oldu | Banco.az

Huawei ABŞ sanksiyalarına rəğmən ən çox satan smartfon istehsalçısı oldu

Tamara Mustafayeva, Banco.az

ABŞ ötən il Amerikalı şirkətlərin beynəlxalq təhlükəsizlik riski yaradan firmalara aid telekommunikasiya cihazlarından istifadəsini qadağan edən bir qanun qəbul etməklə Çinin texnologiya nəhəngi Huawei şirkətinin yerli şirkətlərlə əməkdaşlıq etməsinə mane olmuşdu. Hətta Google firması da markanın yeni telefon modellərində Android lisenziyasını ləğv etmişdi.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bazar araşdırmaları ilə məşğul olan Counterpoint Research şirkətinin məlumatına görə, Huawei şirkəti bütün sanksiyalara rəğmən aprel ayı ərzində ilk dəfə Samsung şirkətini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısına çevrilib. Şirkət aprel ayında 19%-lik bazar payı ilə ilk pillədə qərarlaşarkən, Samsung isə eyni dövrdə 17%-lə ikinci sırada yer alıb.

Xatırladaq ki, Play Store, Youtube, Google Maps kimi populyar Google xidmətlərinin Huawei şirkətinin son dövrlərdə bazara çıxardığı smartfon modellərində aktiv olmamasına baxmayaraq, şirkətin bu yüksəlişində pandemiyanın rolu ilə yanaşı, sözügedən sanksiyaların Çində vətənpərvərlik hisslərinin ön plana çıxmasının da insanların daha çox yerli telefon almasında payı var. 

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Huawei-dən növbəti addım - Temperatur ölçən yeni smartfon

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et