Bu ölkə uzun illərdən sonra yenidən kömür mədəninin açılışına icazə verib | Banco.az

Bu ölkə uzun illərdən sonra yenidən kömür mədəninin açılışına icazə verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya onilliklər ərzində ilk dəfə olaraq dərin kömür mədənindən istifadəyə icazə verib.

Banco.az xəbər verir ki, Britaniya onilliklər ərzində ilk dəfə polad emalında istifadə üçün yeni dərin kömür mədəninin açılmasını təsdiqləyib.

“West Cumbria” tərəfindən Şimali Qərbi İngiltərədə yaradılacaq və "Woodhouse Colliery" adlanacaq müəssisə kokslaşan daş kömür hasil edəcək. 2 il ərzində tikiləcək və 165 milyon funt-sterlinqə başa gələcək mədəndən çıxarılan kömür Qərbi Avropa və Böyük Britaniyada polad istehsalı üçün istifadə olunacaq. Müəssisənin 500-ə yaxın insanı işlə təmin etməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən kömür növü elektrik istehsalında deyil, polad sənayesində istifadə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et