İngiltərədə pərakəndə satışlar artım göstərib | Banco.az

İngiltərədə pərakəndə satışlar artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə pərakəndə satışlar fevralda 1,1% artıb.

Banco.az xəbər verir ki, İngiltərə Pərakəndəçilər Assosiasiyası (BRC) fevral ayına aid pərakəndə satış göstəricilərini açıqlayıb.

Məlumata görə, ötən ay ölkədə pərakəndə satışlar illik müqayisədə 1,1% artıb. Bu artım son üç ayın orta göstəricisi olan 2,4%-dən aşağı olsa da, son 12 ayın orta artım səviyyəsi olan 0,8%-dən yüksək olub.

Fevral ayında qida satışları illik müqayisədə 2,3% artarkən, qida xarici pərakəndə satışlar sabit qalıb.

İnternet vasitəsilə satışlar da bu dövrdə illik əsasda 1,9% artıb, lakin bu göstərici son üç ayın 5,3%-lik orta səviyyəsindən xeyli aşağı olub.

BRC-nin baş icraçı direktoru Helen Dikinson göstəriciləri şərh edərək, fevral ayında pərakəndə satışların mülayim artım göstərdiyini bildirib. O, xüsusilə kompüter və elektronika məhsullarının internet vasitəsilə satışında yüksəliş olduğunu, həmçinin 14 Fevral Sevgililər Günü səbəbilə zərgərlik, saat və ətir satışlarının artdığını vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram