İngiltərədə istehlak xərcləri 6 ayın minimumuna geriləyib | Banco.az

İngiltərədə istehlak xərcləri 6 ayın minimumuna geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə istehlak xərclər üzrə artım ötən ay ərzaq qiymətlərinin bahalılığına görə 6 ayın ən aşağı səviyyəsində reallaşıb.

Banco.az xəbər verir ki, Britaniya Pərakəndə Satıcılar Assosiasiyası (BRC) və KPMG tərəfindən açıqlanan aylıq pərakəndə satış məlumatlarına görə, ölkədə ümumi pərakəndə satış nisbəti 3,9 faiz artım göstərib. Ötən ilin eyni dövründə bu göstərici 1,1 faiz idi.

Digər tərəfdən, pərakəndə satışlarda ötən 12 ay ərzində orta hesabla 3,4 faiz artım müşahidə edilib.

Qeyd edək ki, qiymətlərin baha olmasına baxmayaraq, ərzaq məhsullarının satışı isə 9,6 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram