İngiltərədə iqtisadi artım proqnozları doğrultmadı | Banco.az

İngiltərədə iqtisadi artım proqnozları doğrultmadı

Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı iyul ayında sənaye istehsalı və tikintində müşahidə olunan azalma səbəbindən proqnozlardan az böyüyüb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Milli Statistika İdarəsinin məlumatına görə, ölkə iqtisadiyyatı iyulda əvvəlki ayla müqayisədə 0,2 faiz artıb. Bloomberg nəşrinin sorğusunda iştirak edən iqtisadçılar 0,3 faiz artım gözləyirdilər. 

İyul ayında qeyd olunan artımın əsas səbəbi isə informasiya texnologiyaları və istehlak xidmətləri hesab olunur.

"Nomura" və "Deutsche Bank" analitikləri vurğulayıblar ki, kraliçanın vəfatı, həmçinin dəfn mərasiminin keçiriləcəyi 19 sentyabr gününün də qeyri-iş günü elan edilməsi ölkə iqtisadiyyatını bu rübdə tənəzzülə uğratmaq üçün kifayət edə bilər.

Xatırladaq ki, Britaniya iqtisadiyyatının həcmi iyun ayında isə 0,6 faiz azalmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Kraliça II Elizabetdən sonra Britaniyada nələr dəyişəcək?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et