Kraliça II Elizabetdən sonra Britaniyada nələr dəyişəcək? | Banco.az

Kraliça II Elizabetdən sonra Britaniyada nələr dəyişəcək?

Tamara Mustafayeva, Banco.az

İngiltərədə Kraliçanın portreti və baş hərfləri ölkənin hər yerində möhürləri, dəmir sikkələri və kağız əsginasları, poçt qutularını, uniformaları və hökumət nişanlarını bəzəyir. Bunların hamısını dəyişdirmək üçün yəqin ki, bir neçə il lazım olacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Kraliça II Elizabetin dəfn mərasimi və Şahzadə Çarlzın tacqoyma mərasimi ümumi daxili məhsul (ÜDM) üzrə təxminən 6 milyard funt sterlinqə başa gələcək. Lakin bu, ölkənin təşkilati dəyişikliklər üçün ödəməli olacağı məbləğlə müqayisədə çox cüzi sayıla bilər.

Monarx simvolu

Monarx simvolu hər bir hökmdar üçün unikaldır, hökmdarın adını və vəzifəsini əks etdirir. Onları adətən hökumət binalarında, uniformalarda, kral və ya dövlət sənədlərində və kral əşyalarında görmək mümkündür.

Kraliçanın vəfatından sonra "ER" abreviaturası "CR" ilə əvəz edilə bilər. Burada ilk hərf kral və ya kraliçanın adını, R isə latın dilində kral və kraliça mənasını verən Reks və ya Regina sözlərini təmsil edir.

Poçt qutuları

Böyük Britaniyada bu vaxta qədər poçt qutularına "ERII" möhürü vurulurdu ki, bu da "II Elizabeth Regina"nın abreviaturasıdır. İndi isə o, "CRIII" ilə dəyişdirilməlidir.

Pul 

Kraliçanın portretini əks etdirən sikkələr və əsginaslar ilin qalan hissəsi və ya bəlkə də daha uzun müddət istifadə olunmağa davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bu müddət ərzində banklar və poçt şöbələri yeni dizaynlı sikkələr və əsginaslar buraxacaq və köhnə versiyaları toplayaraq yeni pulların dövriyyəyə verilməsinə şərait yaradacaqlar.

Dövlət himni

Çarlz taxtda olarkən dövlət himninin sözləri "Tanrı Kralı qorusun" olaraq dəyişdiriləcək.

Markalar

Poçt qutuları ilə yanaşı, anasının yerinə Çarlzın təsviri olan yeni markalar da sifariş ediləcək.

Pasportlar

Məlum olduğu kimi, ingilis dilində üçüncü şəxsin təkini ifadə edən yiyəlik əvəzlikləri kişi (his) və qadın (her) cinslərində fərqlidir. Odur ki, Böyük Britaniya pasportlarında Kraliça Elizabetə aid olan "Her Brittanic Majesty’s" (Əlahəzrət Britaniyalı) ifadəsi Çarlzın taxta çıxması ilə "His Brittanic Majesty’s" ifadəsi ilə dəyişdiriləcək.

Lakin hazırda istifadə müddəti başa çatmamış pasportlara bu dəyişiklik şamil edilməyəcək, pasportlar da pul vahidləri kimi tədricən əvəzlənəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et