İngiltərədə inflyasiya yenidən proqnozları üstələyib | Banco.az

İngiltərədə inflyasiya yenidən proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada inflyasiya dördüncü ayda da proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin bu gün (çərşənbə günü) yayımladığı göstəricilərə görə müəyyən olub ki, may ayında ölkədə İstehlak Qiymətləri İndeksi illik 8,7 faiz artıb.

Ərzaq və enerji qiymətlərinin daxil edilmədiyi baza inflyasiyası isə 6,8 faizdən 7,1 faizə yüksəlib.

İqtisadçılar başlıq inflyasiyanın illik 8,4 faiz artacağını, baza inflyasiyasının isə 6,8 faiz səviyyəsində qalacağını gözləyirdilər.

Qeyd edək ki, məlumatlardan sonra treyderlərin faiz proqnozları da yüksəlib. Belə ki, hazırda treyderlər dekabr ayına qədər 6% pik dərəcəsini təyin edirlər. Bu proqnoz faiz dərəcələrində bu il növbəti 150 baza bəndi artımına işarə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram