İngiltərədə inflyasiya 2021-ci ildən bəri ən aşağı səviyyədədir | Banco.az

İngiltərədə inflyasiya 2021-ci ildən bəri ən aşağı səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada inflyasiya 1,7 faiz artıb.

Banco.az xəbər verir ki, İngiltərədə inflyasiya son 3 il yarımdan sonra ilk dəfə İngiltərə Mərkəzi Bankının 2 faizlik hədəfindən aşağı düşüb. Bu azalma gələn ay reallaşma ehtimalı olan ikinci faiz endirimi üçün zəmin yaradıb.

İngiltərədə CPI sentyabr ayında illik 1,7 faiz artıb ki, proqnozlar 1,9 faiz artım istiqamətində idi.

Beləliklə, ölkədə inflyasiya 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Digər tərəfdən, İngiltərədə inflyasiya sentyabr ayında aylıq müqayisədə dəyişməz qalıb. Ekspertlər 0,1 faiz artım gözləyirdilər.

Xidmətlər inflyasiyası isə 5,2 faiz olan median proqnozdan aşağı olmaqla 4,9 faiz təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Yayımlanan məlumatlardan sonra funt sterlinq 0,4 faiz ucuzlaşaraq 1,3021 dollara düşüb ki, bu da son bir aydan çox müddət ərzində ən aşağı səviyyədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram