İngiltərədə faizlər ötən 14 ilin pik həddinə çatıb | Banco.az

İngiltərədə faizlər ötən 14 ilin pik həddinə çatıb

Tamara Mustafayeva, Banco.az

İnflyasiya ilə mübarizə çərçivəsində İngiltərə Bankı (mərkəzi bank) siyasət faizini 50 baza bəndi artıraraq 2,25%-ə çatdırıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Britaniyada siyasət faizi ötən 14 ilin maksumuna çatıb. 

Qətnamə 4 əleyhinə 5 lehinə səslə qəbul edilib. 3 üzv 75 baza bəndinə, 1 üzv 25 baza bəndinə səs verib.

Beləliklə, faiz artımları 7-ci ayda da davam edib. Bank həmçinin ötən ay da siyasət faizini 50 baza bəndi artırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram