İngiltərədə ərzaq qiymətləri bahalaşaraq 17 ilin pik həddinə çatıb | Banco.az

İngiltərədə ərzaq qiymətləri bahalaşaraq 17 ilin pik həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə ərzaq qiymətləri sürətlə bahalaşıb.

Banco.az xəbər verir ki, İngiltərədə təzə ərzaq qiymətləri bu ilin oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3% bahalaşıb.

Britaniya Pərakəndə Konsorsiumunun (BRC) yaydığı bəyanatda, ölkədə təzə ərzaq məhsullarının qiymətində artan enerji qiymətləri, ixtisaslı kadr çatışmazlığı və Ukraynada davam edən müharibə səbəbindən ötən ay illik əsasda 2005-ci ildən bəri ən kəskin artım tempi müşahidə olunub.

Ölkədə anbar məhsulları kimi tanınan, son istifadə müddəti nisbətən çox olan məhsulların qiyməti 9,4%, ümumi qida məhsullarının qiyməti isə 11,6% bahalaşıb.

Xatırladaq ki, Böyük Britaniyada bu ilin iyun ayında inflyasiya 10,1 faiz artaraq ötən 40 ilin ən yüksək səviyyəsinə çatmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram