Müəllif: Tamara Mustafayeva, Banco.az
İngiltərədə avtomobillərin satışı ötən ay da artmağa davam edib.
Banco.az xəbər verir ki, Britaniya Mühərrikli Vasitə İstehsalçıları Dərnəyinin (SMMT) verdiyi açıqlamada ölkədə qeydiyyatdan keçmiş avtomobillərin sayının 28,3 faiz artaraq ümumilikdə 143 min 921 ədədə çatdığı bildirilib.
Qurumun açıqlamasında ölkədə avtomobillərin satış dinamikasının 12 ayda artmaqda davam etdiyi xatırladılıb.
SMMT-nin rəsmisi mövzu ilə bağlı açıqlamasında İngiltərədə artan yaşayış dəyərinin və inflyasiyanın istehlakçıların gələcəkdə avtomobil almağa dair qərarlarına təsir edə biləcəyini vurğulayaraq onlara bütün lazımi təşviqlərin təmin edilməsinin zəruri olduğunu bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!