Müəllif: Tamara Mustafayeva, Banco.az
Britaniyanın Baş naziri Rişi Sunak: Viza rüsumlarını bir qədər artıracağıq.
Banco.az xəbər verir ki, Britaniyanın Baş naziri Rişi Sunak ictimai sektorda çalışanlar üçün maaş artımı qərarlarını açıqladığı mətbuat konfransında ekspertlər heyətinin tövsiyə etdiyi artım nisbətini qəbul etdiklərini bəyan edib.
O, həmçinin ölkəyə gələn immiqrantların ödədiyi tibbi sığorta haqlarının da artırılacağını dilə gətirib.
“Biz viza rüsumlarını bir qədər də artıracağıq. Ölkəmizə qanuni yolla gələn mühacirlərin ödədiyi sağlamlıq ödənişlərini də artıracağıq. Səhiyyə xidmətlərindən faydalananlar burada ödəniş etməlidirlər. Axır vaxtlar qeyd edilənlərin heç biri üzrə rüsum artımı reallaşdırılmamışdı”, - sitatın sonu.
Baş nazir Sunak immiqrantların viza rüsumlarının və sağlamlıq ödənişlərinin artması ilə milyardlarla funt-sterlinqin dövlət kassasına daxil olacağını iddia edib.
Bizi sosial şəbəkələrdən izləyin!!