İngiltərə və Türkiyə yeni ticarət sazişi üzrə danışıqlara başlayacaq | Banco.az

İngiltərə və Türkiyə yeni ticarət sazişi üzrə danışıqlara başlayacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya və Türkiyə yeni azad ticarət sazişi üzrə danışıqlara başlamaq niyyətində olduqlarını açıqlayıblar.

Banco.az xəbər verir ki, bu açıqlama ötən həftə Böyük Britaniyanın Beynəlxalq Ticarət üzrə Dövlət Katibi Kemi Badenok və Türkiyənin Ticarət Naziri Ömer Bolat arasında baş tutan telefon danışığından sonra elan olunub.

Qeyd edək ki, yeni saziş Britaniyanın Avropa İttifaqından (Aİ) çıxdığı vaxtdan qalan və xidmətlər, rəqəmsal və data kimi əsas sahələri əhatə etməyən mövcud azad ticarət sazişini əvəz edəcək.

Həmçinin bildirilib ki, Böyük Britaniyanın ixrac naziri Lord Offord investisiya və ixrac imkanlarını müzakirə etmək, biznes nümayəndələri və maraqlı tərəflərlə görüşmək üçün bu ay Türkiyəyə səfər edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et