İngiltərə Mərkəzi Bankının sədri balans hesabatı ilə bağlı proqnoz verib | Banco.az

İngiltərə Mərkəzi Bankının sədri balans hesabatı ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankının sədri Beyli: “Balans hesabatı 2008-ci ildəki nəticələri göstərməyəcək”

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BoE) rəhbəri Endryu Beyli bəyan edib ki, mərkəzi bankın balans hesabatının 2008-ci il maliyyə böhranından əvvəlki səviyyəsinə qayıtması gözlənilmir.

İngiltərədə pandemiyadan sonra güclü tələb artımı müşahidə edilmədiyinə diqqət çəkən Beyli yüksək inflyasiyanın səbəbinin monetar genişlənmə olmadığını qeyd edib.

Beyli ilə birlikdə parlament üzvlərinin suallarını cavablandıran mərkəzi bankın sədr müavini Deyv Ramsden isə bildirib ki, investorlar Böyük Britaniyanın hiperinflyasiya probleminin ABŞ-dakından daha böyük olduğuna inanırlar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, İngiltərə Mərkəzi Bankı inflyasiyanın 2 faizlik hədəf səviyyəsinə endirilməsi üçün ötən həftə uçot dərəcəsini ardıcıl 12-ci dəfə artıraraq 4,25 faizdən 4,50 faizə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et