Müəllif: Tamara Mustafayeva, Banco.az
BoE: Rəqəmsal sterlinqlə bağlı yekun qərar qəbul edilməyib.
Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) İngiltərə Xəzinədarlığı ilə həyata keçirilən "rəqəmsal sterlinq" adlandırılan mərkəzi bankın dəstəklədiyi rəsmi elektron valyuta layihəsi üzrə məsləhətləşmə hesabatının nəticələrini açıqlayıb.
Hesabatda pulun gündəlik həyatda son dərəcə mərkəzi rola malik olduğu və valyutaya inamın həyati əhəmiyyət daşıdığı qeyd edilib. Britaniya iqtisadiyyatının getdikcə rəqəmsallaşdığı və əhalinin nağd puldan istifadəsinin gündən-günə azaldığı, ancaq bununla belə, nağd pulun hələ də bir çox insan üçün vacib olduğu vurğulanıb.
Hesabatda həmçinin qeyd edilib ki, Britaniya hökuməti və BoE rəqəmsal funtun bazara çıxarılması ilə bağlı hələ yekun qərar qəbul etməyib.
“Biz pul və ödənişlərin gələcəyi ilə bağlı işimizin bir hissəsi kimi "rəqəmsal funt" ideyasına diqqət yetiririk. Bu, mövcud əskinaslarımıza rəqəmsal əlavə olacaq. O, nağd pulu əvəz etməyəcək”, hesabatda deyilir.
Bizi sosial şəbəkələrdən izləyin!!