İngiltərə Mərkəzi Bankı faiz qərarını AÇIQLADI | Banco.az

İngiltərə Mərkəzi Bankı faiz qərarını AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsi faizini stabil saxlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini proqnozlara paralel olaraq dəyiməyərək 0,1%-də stabil saxlayıb. Qərar yekdilliklə qəbul edilib. 

Bank aktiv satınalması üzrə hədəfini də 895 milyard funt sterlinq səviyyəsində saxlayıb. Bu qərar isə 2 əleyhinə, 7 lehinə səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsini dəyişməsə də, ilin üçüncü rübü üzrə iqtisadi artım proqnozunu aşağı salıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram