İngiltərə Mərkəzi Bankı 1989-cu ildən bəri ən böyük faiz artımını edib | Banco.az

İngiltərə Mərkəzi Bankı 1989-cu ildən bəri ən böyük faiz artımını edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (mərkəzi bank) uçot dərəcəsini 75 baza bəndi artıraraq 3 faizə çatdırıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BOE) 40 illik pik həddə çatan inflyasiyanı cilovlamaq üçün siyasət faizini 75 baza bəndi artıraraq 2,25 faizdən 3 faizə çatdırıb. Beləliklə, bank 1989-cu ildən bəri ən böyük faiz artımını həyata keçirib. 

Qeyd edək ki, bazar proqnozları da məhz 75 baza bəndi artıma işarə edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram