İngiltərə kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən məbləğ bəlli olub | Banco.az

İngiltərə kraliçası II Elizabetin dəfn mərasiminə xərclənən məbləğ bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə kraliçası II Elizabetin dəfn mərasiminə 162 milyon funt sterlinq xərcləndiyi məlum olub.

Banco.az xəbər verir ki, Xəzinə Baş katibi Con Qlenin Parlamentə göndərdiyi açıqlamaya görə, kraliçanın 8 sentyabr 2022-ci ildə vəfatından sonra 10 gün davam edən milli yas prosesi və dəfn mərasimi üçün aidiyyatı qurumların xərcləri dəqiqləşib.

Bəlli olub ki, bu dövr ərzində keçirilən sözügedən tədbirlərin ümumi məbləği 162 milyon funt sterlinq hesablanıb. Bu məbləğin əsas hissəsi, yəni 73,7 milyon funt sterlinq Daxili İşlər Nazirliyi tərəfindən xərclənib.

Xatırladaq ki, İngiltərə kraliçası II Elizabet 96 yaşında yay tətilini keçirdiyi Şotlandiyanın Aberdinşir bölgəsindəki Balmoral qəsrində sentyabrın 8-də vəfat edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et