Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniya iqtisadiyyatı iyul-sentyabr aylarını əhatə edən dövrdə 0,1 faiz kiçilib.
Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, Ümumi Daxili Məhsulun (ÜDM) ilin üçüncü rübündə sabit qalacağına dair əvvəlki proqnozlar dəyişdirilib.
Yeni proqnoz ölkə iqtisadiyyatının sözügedən dövrdə 0,1 faiz daraldığını göstərir.
İqtisadiyyatın ilin ikinci rübündə 0,2 faiz artacağına dair əvvəlki proqnozlar da aşağıya doğru yenidən nəzərdən keçirilib və bu dövrdə artımın olmadığı qeyd edilib.
Cari ilin üçüncü rübündə xidmət sektoru 0,2 faiz azalaraq tikinti sektorunda 0,4 faiz, sənaye istehsalında isə 0,1 faiz müşahidə olunan artımı balanslaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!