İngiltərə iqtisadiyyatı tənəzzül astanasındadır | Banco.az

İngiltərə iqtisadiyyatı tənəzzül astanasındadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya iqtisadiyyatı iyul-sentyabr dövründə 0,2 faiz daralıb.

Banco.az xəbər verir ki, İngiltərə Statistika İdarəsinin məlumatlarına görə, ölkə iqtisadiyyatı üçüncü rübdə 0,2 faiz daralıb ki, iqtisadçılar bu göstəricinin 0,5 faiz olacağını proqnozlaşdırmışdılar.

İqtisadiyyatın daralmasında əsas səbəb kimi, artan qiymətlərin ev təsərrüfatlarına və ayrı-ayrı şirkətlərə təsiri göstərilir.

Beləliklə, Böyük Britaniya iqtisadiyyatı pandemiyadan sonra hələ də tam bərpa olunmayan yeganə G7 ölkəsi olub.

Qeyd edək ki, bu vəziyyət ölkənin Mərkəzi Bankının proqnozlaşdırdığı uzunmüddətli tənəzzülün başlanğıcı ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et