Müəllif - Aida İsaq, Banco.az
Böyük Britaniya və Hollandiya arasında Avropanın ən böyük sualtı ötürücü xətti çəkiləcək.
Banco.az xəbər verir ki, bunu Belçikanın Ostend şəhərində keçiriləcək enerji sammiti ərəfəsində iki ölkənin energetika nazirləri bildirib. "LionLink" ötürücü xətti Hollandiya külək stansiyasından Böyük Britaniyaya 1,8 milyon GVt və ya Böyük Britaniyadan Hollandiyaya eyni miqdarda elektrik enerjisi ötürə biləcək.
Nazirlərin sözlərinə görə, Britaniya Milli Şəbəkəsi və Hollandiyanın şəbəkə operatoru "TenneT" tərəfindən hazırlanmış bu xətt Hollandiyanın Cənubi Hollandiya əyalətini və ya İngiltərənin Birmingem və Mançester şəhərlərini elektrik enerjisi ilə təmin edərək elektrik enerjisinin ölkələr arasında ötürülməsinə imkan verəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!