İngiltərə çip sənayesinə 1 milyard funt sterlinq vəsait ayıracaq | Banco.az

İngiltərə çip sənayesinə 1 milyard funt sterlinq vəsait ayıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya növbəti 10 il ərzində çip tədarükünə zəmanət vermək üçün 1 milyard funt sterlinq dəyərində investisiya planı və strategiyasını açıqlayıb.

Banco.az xəbər verir ki, Britaniya hökumətinin bəyanatına görə, ölkə Milli Yarımkeçirici Strategiyası çərçivəsində çip tədarükünü iki dəfə artırmağı planlaşdırmaqla yanaşı, bu sahədə dizayn və tədqiqat səylərini də artıracaq.

Hökumətin "qlobal elm və texnologiya üzrə super güc" olmaq hədəfinə çatmaqda kritik bir addım kimi qiymətləndirilən plana əsasən, çip infrastrukturuna çıxışı yaxşılaşdırmaq, daha çox Ar-Ge fəaliyyəti həyata keçirmək və beynəlxalq əməkdaşlıqları asanlaşdırmaq üçün növbəti 10 il ərzində ümumilikdə 1 milyard funt sterlinq investisiya qoyuluşu planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən investisiya qoyuluşunun 200 milyon funt sterlinq dəyərində ilkin mərhələsinin 2023-2025-ci illərdə həyata keçirilməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et