İngiltərə Bankı uçot dərəcəsini artırıb | Banco.az

İngiltərə Bankı uçot dərəcəsini artırıb

İngiltərə Bankı (Bank of England) uçot dərəcəsini artırıb.

Bankın pul siyasəti komitəsi səs çoxluğu ilə faiz dərəcəsini 1,75%-ə qədər artırıb.

Bankın açıqlamasında bildirilib ki, ölkədə inflyasiya ötən ilin eyni dövrünə nisbətən 9,4% artıb. Bu isə bankın hədəflədiyi inflyasiya göstəricisindən yüksəkdir. Qeyd edilib ki, enerji qiymətlərinin artması ilə inflyasiyanın yüksəlməsi Bankın faiz dərəcəsini artırmasını zəruri edib: “Rusiyanın Ukraynaya müdaxiləsi qazın qiymətinin daha da artmasına səbəb olub. May ayından qazın qiyməti iki dəfədən çox artıb. Ümumilikdə enerji qiymətlərinin yüksək olması İngiltərədə növbəti bir neçə ay ərzində inflyasiyanı daha da yüksəldərək 13%-ə çatdıracaq. Bunu nəzərə alaraq, iqtisadiyyatın inkişafına təkan vermək, inflyasiyanı 2%-lik hədəf diapazonuna qaytarmaq üçün uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq bu ay 1,75%-ə qaldırdıq”.

Qeyd edək ki, İngiltərə Bankı 2021-ci ilin dekabr ayından etibarən faiz dərəcəsini 0,1%-dən 1,75%-ə qədər artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını sentyabrın 15-də açıqlayacaq.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et