İngiltərə bankı tərəfindən verilən məlumata görə, korporativ sektor üçün mövcud kreditlərin həcmində 2013-cü ilin 4-cü rübündə artım müşahidə olunmuşdur.
İngiltərə bankı tərəfindən Böyük Britaniyanın korporativ sektoru üçün kreditlərin daha ucuz və daha əlçatan olduğu barədə məlumat açıqlandıqdan sonra biznes krediti üzrə uzun müddətdir ki, davam edən azalmanın qarşısını almaq ümidləri yenidən həyat qazanmışdır.
Bank rəhbərliyi bildirib ki, keçən ilin sonuna doğru şirkətlərə təklif olunan kredit şərtlərinin sadələşməsi əlamətləri nəzərə çarpmağa başlamışdı.
Bank tərəfindən aşağıdakı məlumat təqdim edilmişdir:
"Kreditorlara görə, korporativ sektor üçün kreditdən istifadənin mümkünlük səviyyəsi 2013-cü ilin 4-cü rübündə əhəhmiyyətli dərəcədə artmışdı və 2014-cü ilin ilk rübündə artım səviyyəsinin yüksələcəyi gözlənilir. Kreditorlar bildirir ki, kiçik biznes və iri özəl qeyri-maliyyə müəssisələrinin kreditdən istifadə imkanı genişlənmişdir.”
Əlavə olaraq qeyd edilmişdir ki, kreditə olan tələbatın tərkibi fərqli olmuşdur. Belə ki, ev təsərrüfatları və orta miqyaslı müəssisələr sadələşdirilmiş şərtlərin üstünlüklərindən faydalandıqları halda, kiçik miqyaslı müəssisələrin kreditə olan tələbatı artmamış, böyük şirkətlərin tələbatında isə cüzi artım müşahidə olunmuşdur.
Bundan əlavə, bank rəhbərliyi 0.5% həcmində rəsmi bank dərəcəsi ilə şəxslərə, eləcə də müəssisələrə tətbiq olunan kredit dərəcələri arasındakı fərqlərin nəzərə alınması nəticəsində borcalanlar üçün aşağı fazi dərəcələrinin müəyyən edildiyini bildirmişdir.
4-cü rüb ərzində korporativ kreditləşmə üzrə spredlərdə əhəmiyyətli dərəcədə azalma müşahidə olunmuşdur. Bu azalma orta miqyaslı müəssisələrə və böyük özəl qeyri-maliyyə müəssisələrinə aid edilən kəskin azalma səviyyəsi, eləcə də kiçik miqyaslı müəssisələrdə qeydə alınan cüzi azalma səviyyəsi ilə müşayiət olunur. Kreditorlar spredlərin növbəti 3 ay ərzində orta miqyaslı müəssisələr və böyük özəl qeyri-maliyyə şirkətləri üçün daha sərt xarakter alacağını, kiçik miqyaslı müəssisələr üçün isə çox az dəyişikliyə məruz qalacağını təxmin edirlər."
İstehsalçılar təşkilatının (EFF) baş iqtisadçısı vəzifəsini icra edən Li Hopli bu məsələ ilə bağlı bildirmişdir: "Kredit şərtlərinin təkmilləşdirilməsi prosesi davam etdirilir və Bank tərəfindən təşkil edilən sorğu nəticəsində maliyyə təchizatçılarının səyi ilə kreditin daha əlçatan olduğu və risk iştahının artdığı müəyyən olunmuşdur. Buna baxmayaraq, kiçik miqyaslı müəssisələr üçün dəyər məsələsi hələ də öz həllini tapmamışdır. Müəssisələrə təklif edilən xalis kredit səviyyəsində həqiqi yüksəlişin müşahidə olunmasına ehtiyac var. Çox az sayda şirkət rəhbəri xarici maliyyələşməyə çıxış əldə etmək istiqamətində bəzi maneələrlə qarşılaşdığını bildirmişdir."
"IHS Global Insight" adlı İqtisadi Tədqiqat şirkətində iqtisadçı vəzifəsini icra edən Hovard Arçerin sözlərinə görə, kreditdən istifadə imkanlarının sadələşdirilməsi şirkətləri həvəsləndirsə də, bu addım hələ də inkişaf etdirilmiş korporativ kreditləşməyə keçidin təmin olunduğu mənasına gəlmir.