İngiltərə bankı inflyasiya ilə mübarizə fonunda əsas faiz dərəcəsini artıra bilər | Banco.az

İngiltərə bankı inflyasiya ilə mübarizə fonunda əsas faiz dərəcəsini artıra bilər

Müəllif - Aida İsaq, Banco.az

İngiltərə Bankı G7 ölkələrinin qabaqcıl iqtisadiyyatları arasında ən yüksək inflyasiya ilə mübarizə aparmaq üçün əsas faiz dərəcəsini illik 5%-ə qaldıra bilər. 

Banco.az xəbər verir ki, bu barədə Amerikanın “Goldman Sachs” bankının analitiklərinin müvafiq proqnozuna istinadən məlumat verilir. Bəzi ekspertlər qarşıdan gələn iclasda yerli valyuta tənzimləyicisinə əsas məzənnəni ardıcıl 12-ci dəfə artırmağı təklif edirlər. Artım faiz bəndinin dörddə birini təşkil edə bilər ki, nəticədə göstərici illik 4,5%-ə yüksələcək. Lakin gələcəkdə Böyük Britaniyada istehlak qiymətlərinin sürətli artımı fonunda İngiltərə Bankının müvafiq səviyyəni saxlaması ehtimalı da azdır.

Qeyd edək ki, martın 23-də İngiltərə Bankı əsas uçot dərəcəsini illik 4%-dən 4,25%-ə qaldırıb. Bu göstərici 2008-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram