İngilis dilini öyrənmənizə kömək edəcək tətbiqlər | Banco.az

İngilis dilini öyrənmənizə kömək edəcək tətbiqlər

Müəllif: Gülnar Əhmədli, Banco.az

İngilis dilini öyrənməyin bir çox yolu var. Bu yollardan biri də mobil telefonlarınıza yükləyə biləcəyiniz proqramlardır. Bu proqramlar vasitəsilə ingilis dilini müəyyən bir səviyyəyə qədər öyrənə bilərsiniz. Xarici dili yolda, avtobus dayanacağında, dərs arası və boş vaxtlarınızda öyrənmənizi təmin edəcək ingiliscə danışıq proqramları sayəsində həm öyrənə, həm də vaxtınızı keyfiyyətli keçirə bilərsiniz. 

Həmin tətbiqləri təqdim edirik.

Duolingo

"Duolingo" təkcə ingilis dilini deyil, həm də öyrənmək istədiyiniz bir çox xarici dilləri özündə əks etdirən böyük bir arxivə malikdir. İngilis dili səviyyənizi yüksəldəcək bu proqram sayəsində dinləmə və anlamanızla yanaşı, yeni sözlər öyrənə və danışma bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Başqa sözlə, bu tətbiq sizə oyun kimi öyrənmək imkanı verir.

Busuu

İlk ağla gələn ingilis dilli platformalardan biri olan "Busuu" həm dili öyrənmək, həm də tətbiq etmək üçün istifadə edilə bilən bir tətbiqdir. Bundan əlavə, "Busuu" danışıq və yazı dərsləri, tələffüz nümunələri kimi xüsusiyyətlərə də malikdir.

Cambly

İngilis dilində danışıq bacarıqlarınızı artırmaq üçün istifadə edəcəyiniz "Cambly" ilə ehtiyaclarınıza uyğun interaktiv dərslər alaraq ingilis dilini öyrənə bilərsiniz. Bundan əlavə, siz doğma ingiliscə danışan müəllimlərlə onlayn dərslər keçə bilərsiniz.

Memrise

Ən sərfəli kredit üçün müraciət et

"Memrise" dilləri oyunlar vasitəsilə öyrədir. Tətbiq öyrəndiyiniz dildə sizə söz və ya ifadələri sistemli şəkildə öyrətməyə kömək edir. Bundan əlavə mövzuları kateqoriyalar şəklində hazırlanan lüğət öyrənmə kursları var. "Memrise" öyrənəcəyiniz dili kateqoriyalara bölür. Çünki beynimiz əlaqəli sözləri birlikdə öyrəndikdə onları yaddaşda daha rahat saxlayır. 

Mondly

"Mondly" dilləri ən sürətli şəkildə öyrətmək üçün deduktiv metoddan istifadə edir. Beləliklə, öyrənməli olduğunuz strukturlar nümunə cümlələrlə sizə bütöv şəkildə göstərilir. Bundan əlavə, şəkillərlə söz kartlarını öyrənməklə lüğətinizi gücləndirə bilərsiniz.

Dialoq yönümlü olan və söhbəti sürətləndirməyi hədəfləyən tətbiqdə söhbəti simulyasiya edə və səsinizi yaza biləcəyiniz bir mərhələ də var. Bu mərhələdə chatbotlardan istifadə edilir. Çatbotlar və səsin tanınması texnologiyası vasitəsilə "Mondly" səsinizi yazmaqla və özünüzü dinləməklə səhvlərinizi düzəltməyə kömək edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et