İngilis bankı Dollar/TL məzənnəsi ilə bağlı proqnoz verib | Banco.az

İngilis bankı Dollar/TL məzənnəsi ilə bağlı proqnoz verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniyanın transmilli bankı “Standard Chartered” Dollar/TL məzənnəsi ilə bağlı proqnoz verib.

Banco.az xəbər verir ki, fevralın 16-da “Standard Chartered” iqtisadçıları Geoff Kendrick və Farooq Pasha tərəfindən nəşr olunan “Türkiyənin qeyri-müəyyən seçimi” başlıqlı hesabatda bank Türkiyədə hazırda may ayına planlaşdırılan seçkilərin iqtisadi əsasların pisləşdiyi bir dövrə təsadüf etdiyini qeyd edib.

İqtisadçılar ölkədə mövcud siyasət xəttinin davam etdiriləcəyi təqdirdə türk lirəsinin kəskin ucuzlaşacağını və Dollar/TL məzənnəsinin 36 səviyyəsinə çatacağını, əks halda 20 səviyyəsində cərəyan edəcəyini proqnozlaşdırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qurumun il sonu proqnozu isə hər iki fikrin ortaq məxrəci olan 28 səviyyəsi olaraq müəyyən edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et