İngilis bankçılıq nəhəngi Dollar/TL proqnozunu artırıb | Banco.az

İngilis bankçılıq nəhəngi Dollar/TL proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“HSBC” ilin sonuna türk lirəsinin dollara qarşı məzənnəsi proqnozunu 3 TL yüksəldib.

Banco.az xəbər verir ki, son günlərdə Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) artan valyuta tələbi istiqamətində addımlar atarkən, xarici qurumlar da Dollar/TL məzənnə proqnozlarını yeniləməyə başlayıblar.

Bu dəfə də Britaniyanın bankçılıq nəhəngi “HSBC” tərəfindən edilən analizdə dollar/TL proqnozunun yuxarıya doğru yenidən nəzərdən keçirildiyi görülür.

“HSBC” strateqlərinin 6 mart tarixli hesabatlarına əsasən, bank 2024-cü il üçün Dollar/TL proqnozunu 33-dən 36-ya yüksəldib.

Bankın təhlilinə görə, valyutada dəyər itkisinin gözləniləndən daha sürətli olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, hazırda Dollar/TL məzənnəsi 31,84 səviyyəsində ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et