İngilis bankçılıq nəhəngi Dollar/TL proqnozunu artırdı | Banco.az

İngilis bankçılıq nəhəngi Dollar/TL proqnozunu artırdı

Tamara Mustafayeva, Banco.az

HSBC ilin sonuna olan Dollar/TL proqnozunu 17,5-dən 19,5-ə yüksəldib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, son rübdə turizm gəlirlərinin iqtisadiyyata dəstəyinin azalması ilə cari kəsirin daha da genişlənə biləcəyinə diqqət çəkən İngiltərənin bank və maliyyə xidmətləri təşkilatı HSBC 2022-ci ilin sonu üzrə Dollar/TL proqnozunu 17,5-dən 19,5-ə, 2023-cü ilin ikinci rüb sonu üzrə isə 18,2-dən 21-ə yüksəldib.

Agentliyin qeydində deyilir: "Mövsümi turizm gəlirlərinin iqtisadiyyatı daha az dəstəkləməsi və ixracın Avropadakı tənəzzül təzyiqi altında zəifləməyə davam etməsi səbəbindən payızda türk lirəsinin daha kəskin dəyər itirəcəyinə inanırıq".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et