"ING Bank": Avronun məzənnəsi 1,20 dollar həddini ötəcək | Banco.az

"ING Bank": Avronun məzənnəsi 1,20 dollar həddini ötəcək

Qlobal bazarda avro möhkəmlənmə trendini davam etdirərək 1,20 ABŞ dolları səviyyəsini ötə bilər.

Bu proqnozla Hollandiya "ING Bank"ının FOREX bazarı üzrə baş eksperti Virac Patel (Viraj Patel) çıxış edib.

Ekspertin sözlərinə görə, investorların avrozonada siyasi qeyri-müəyyənliklə bağlı narahatlıqları sona çatır. Avrozona üzrə müsbət iqtisadi göstəricilər davam edəcək. Patelin proqnozlarına görə, noyabrın 30-da açıqlanacaq avrozona istehlak qiymətləri indeksi artacaq. "ING Bank" bildirib ki, investorlar avrozona üzrə inflyasiya göstəricisini tam qiymətləndirməyiblər. Son zamanlar Almaniya və İspaniyada yaşanan siyasi qeyri-müəyyənliklər bunun qarşısını almağa müvəffəq olub. Lakin, getdikcə siyasi arenada vəziyyət düzəlir, bu da avronun məzənnəsinin artmasına səbəb olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bugünkü hərraclarda USD/EUR məzənnəsi son 2 ayın maksimal həddi - 1,1957-ə yüksəlib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et