Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 865,6 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 1 615,8 manat, özəl sektorda isə 2 033,5 manat olub.
2024-cü ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 469,1 manat, özəl sektorda isə 1 799,3 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
