Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı 1 897,4 manat təşkil edib.
Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici dövlət sektorunda 1 567,6 manat, özəl sektorda isə 2 144,1 manat olub.
2024-cü ilin eyni dövründə informasiya və rabitə sahəsində dövlət sektorunda maaşlar 1 373,1 manat, özəl sektorda isə 1 845,8 manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!