“İnflyasiyanın qarşısı alınmazsa tənəzzül qaçılmazdır” | Banco.az

“İnflyasiyanın qarşısı alınmazsa tənəzzül qaçılmazdır”

Müəllif - Aida İsaq, Banco.az

FED-in uçot dərəcəsini artırması eyni zamanda bankların iflas olması fonunda kredit şərtlərinin sərtləşdirilməsi tənəzzülə səbəb ola bilər.

Banco.az xəbər verir ki, bunu Minneapolis FED sədri Neel Kashkari bildirib. Montana Dövlət Universitetində çıxış edən N.Kaşkari həmçinin pul siyasəti addımlarının və bank sektorunda kreditin sərtləşdirilməsinin iqtisadi daralmaya hətta tənəzzülə gətirib çıxara biləcəyini vurğulayıb. Bununla yanaşı FED nümayəndəsi inflyasiyanın zəifləməsinə nail olunmasının vacibliyini açıqlayaraq, əks halda bunun vəziyyəti daha da çətinləşdirəcəyini qeyd edib. Ekspert bununla yanaşı ABŞ-ın bank sektorunda vəziyyətin sabitləşəcəyinə ümid etdiyini də dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram