İnflyasiyanın elçiləri qapıdadır | Banco.az

İnflyasiyanın elçiləri qapıdadır

İqtisadçı alim, Samir Əliyev "Qısa müddətdə pul bazasının 76% artması ölkədə inflyasiya təzyiqini artıracaq".

SOCAR Mərkəzi Bankdan 1,8 milyard manat məbləğində kredit alacaq. SOCAR-ın son dövrlər sürətli borclanmaya getməsinin gələcəkdə yaradacağı problemlər ayrı müzakirə mövzusudur. Məni narahat edən başqa məsələ - bu vəsaitin pul kütləsini artırmasıdır.

Beynəlxalq Bankın zərərli aktivlərini sağlamlaşdıran “Aqrarkredit” QSC də ilin sonuna kimi 3 milyard manatlıq istiqraz yerləşdirmək niyyətindədir. Hər iki proses Mərkəzi Bankın vəsaitləri hesabına reallaşacaq. Bu halda ilin sonuna kimi pul bazasının 4,8 milyard manat artması gözlənilir. Qısa müddətdə pul bazasının 76% artması ölkədə inflyasiya təzyiqini artıracaq. Mərkəzi Bank devalvasiyanın təsirlərini azalmaq üçün uzun müddətdir ki, pul bazasını sıxmaqda davam edir. Elə bunun nəticəsidir ki, 2015-ci ilin 8 ayından pul bazası 5,2 milyard manat azaldıb. Ölkə iqtisadiyyatı manat qıtlığından əziyyət çəkir, banklar kredit verməyə manat tapmır. İqtisadiyyatın kiçilməsi təkcə neftə görə yox, həm də kreditləşmənin zəifləməsinə görə baş verir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyri-neft sektorunun inkişafı məqsədilə kiçik və orta sahibkarlıq subyektlərini ucuz resursla təmin etmək və bununla həm də bank sektorunu dirçəltmək əvəzinə pul bazasını 2 qurum hesabına əhəmiyyətli artırmaq həm qiymətlərin bahalaşmasını təmin edəcək, həm də manata təzyiqi gücləndirəcək. Nəzərə almaq lazımdır ki, 4,8 milyard manatın bir hissəsi dollar şəklində xaricə çıxarılacaq, deməli, bazarda dollara əlavə tələbat yaranacaq.

Ən sərfəli krediti almaq üçün müraciət et