"İnflyasiyanı cilovlamaq üçün faiz artımına davam etmək tələb olunur" | Banco.az

"İnflyasiyanı cilovlamaq üçün faiz artımına davam etmək tələb olunur"

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED sədri Cerom Pauell inflyasiyanı cilovlamaq üçün faiz artımına davam edilməli olduğunu söyləyib.

Banco.az xəbər verir ki, Pauell çərşənbə axşamı Vaşinqton İqtisadiyyat Klubunda David Rubenstein ilə keçirilən sual-cavab sessiyası zamanı FED-in faiz artımı qərarını dəyərləndirib.

O, yekun göstəricilərin əmək bazarının güclü qaldığına işarə olduğunu vurğulayaraq inflyasiyanı nəzarətdə saxlamaq üçün əlavə faiz artımına ehtiyac olduğunu söyləyib.

Xatırladaq ki, Federal Açıq Bazar Komitəsi (FOMC) ötən həftə uçot dərəcəsini 25 baza bəndi artıraraq 4,5 faizdən 4,75 faizə qədər artırıb və davamlı artımların məqsədəuyğun olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram