İndoneziyada "Samsung" telefonu otel işçisinin cibində partlayıb | Banco.az

İndoneziyada "Samsung" telefonu otel işçisinin cibində partlayıb

İndoneziyada otellərdən birinin əməkdaşının köynəyin döş cibinə qoyduğu "Samsung" markalı telefon partlayıb.

Bu barədə polis nümayəndələrinə istinadən yerli KİV yazıb.

Müşahidə kamerasından əldə edilən görüntülərə görə, kişi telefon partlamamışdan bir neçə saniyə əvvəl ona toxunub, ardınca isə işartı olub. Kişinin köynəyi yanmağa başlayıb.

Bununla belə indoneziyalı köynəyini cəld əynindən çıxarıb və bu onu ciddi yanıq xəsarətləri almaqdan xilas edib.

Polis faktla bağlı araşdırma aparır.

İndoneziyalının cibində "Samsung Grand Duos" olub.

Mənbə: Report.az