Hazırda Azərbaycanda Rusiya kapitallı 570 şirkətin fəaliyyət göstərir və Rusiya tərəfindən Azərbaycana yatırılmış investisiyaların həcmi 1,8 mlrd. dolları ötüb.
Bunu Avqustun 8-də Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görüş zamanı bildirib.
Onun sözlərinə görə, 2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5% artıb. Belə ki, Rusiya bazarı Azərbaycan üçün ənənəvi bazardır və ötən il Azərbaycanın qeyri-neft ixracının 32%-i, kənd təsərrüfatı və emalı məhsullarının ixracının isə 30%-dən çoxu bu ölkənin payına düşüb.
"Banklar və Biznes" Jurnalı