Tamara Mustafayeva, Banco.az
Twitter şirkəti TikTok platformasını satın almaq üçün danışıqlara başlayıb.
Banco.az Wall Street Journal nəşrinə istinadən bildirir ki, sözügedən satın alma prosesinin reallaşıb reallaşmayacağı hələ ki, dəqiq deyil. Çünki belə bir razılaşma əldə edilməsinin qarşısında böyük maneələr yarana bilər.
Razılaşmanın qarşısındakı ən böyük əngəl Tramp hökumətinin TikTok platformasının ana şirkəti olan ByteDance-ın ABŞ-dakı fəaliyyətini dayandırmaqla bağlı qəbul etdiyi qərar hesab edilir. Belə ki, sözügedən qərar növbəti 45 gün ərzində qanuni qüvvəyə minəcək. ByteDance şirkətinin və ya TikTok platformasının Amerikalıların şəxsi məlumatlarını Çin hökumətinə çatdırdığına dair hər hansı bir sübut olmasa da, Tramp hökuməti tətbiqin istifadəsini potensial təhlükə kimi dəyərləndirir.
Xatırladaq ki, ötən məqalələrimizdə Microsoft şirkətinin TikTok platformasını satın almaq üçün danışıqlara başladığını xəbər vermişdik. Bugünkü xəbərin mənbəsinə əsasən isə qeyd edə bilərik ki, Twitter hər hansı bir razılaşma halında Microsoft şirkətindən geridə qalacaq. Belə ki, Twitter Microsoft-dan daha kiçik olması ilə yanaşı Microsoft şirkətindən daha az antiinhisar nəzarətlə qarşılaşa bilər. Bununla belə, Twitter TikTok platformasını satın almaq üçün Microsoft şirkətinin təklif edə biləcəyi məbləği üstələyəcək maddi potensiala sahib deyil.
Həmçinin oxu: Microsoft TikTok-u satın almağa hazırlaşır
Bizi sosial şəbəkələrdən izləyin!!