İnandırmağa özünüzdən başlayın! | Banco.az

İnandırmağa özünüzdən başlayın!

1. Tam olaraq nə istədiyinizi bilin.

Əgər sizdə nə istədiyinizi tam olaraq bilmir və bir qərarsızlıq içindəsinizsə hədəfə çatmağınız həqiqətən çətin olacaq. Hədəfinizi konkret bir formada qurmalı və planlarınızı ona uyğun müəyyənləşdirməlisiniz. İlk başda nə olmaq istədiyinizə baxın. O istiqamətdə təhsil alın, öyrənin və araşdırma aparın. Biri sizə “niyə” deyəndə qarşısında kəkələməyin “eee, ımmm” deməyin.

2. İstədiyiniz şey məntiqli və faydalı olsun.

Əgər istəyiniz heç bir məntiq və fayda vermirsə buna sahib olmaq həqiqətən çətin olacaq. Kimsə sizə elə belə kömək etmək istəməyəcək. Buna görə bir nəzəriyyəniz varsa əvvəlcə onu məntiqli olaraq dəstəkləyici fikirlər tapın. Belə olarsa mütləq biri də bu mövzuda yardım etmək istəyəcəkdir. Maddi cəhətdən kömək etməyə bilər, mənəvi cəhətdən mütləq dəstək olacaqdır. Nəticədə hər şey pul demək deyil. Bəzən puldan daha önəmli və təsirli fikirlər vardır.

3.Sizə kömək edəbiləcək potensiala sahib kişilərdən yardım istəyin.

Xüsusilə bir probleminiz varsa ya da yeni bir işə başlayacaqsnız məsləhət almalı, mütləq işinizlə əlaqədar biliyə sahib kişilərdən dəstək almalısınız. Mövzu ilə əlaqədar heçbir fikrə sahib olmayan insanlardan kömək istəmək məntiqsiz addım olacaqdır. Sizə fayda vermək əvəzinə, zərər də gətirəbilər, ağlınızı qarışdıracaq doğruları yalnış olaraq görəbilərsiniz. Buna görə də mütləq bu mövzu ilə əlaqədar bilik və təcrübəyə sahib insanlara danışın.

Ən sərfəli kredit üçün müraciət et

4. İstəklərinizə qətiyyətli olun.

Bəzən istədiyiniz həmin an olmaya bilər ya da istədiyiniz kimi nəticə verməyə bilər. O mövzuda uğursuzluğa düşmüş olabilərsiniz. Bu çox təbiidir. Bir şeyi arzu edirsinizsə mütləq nəticəyə fokuslanmalısınız. Önünüzdəki maneələri bir problem olaraq görməməli, bu müddətdə keçici bir durğunluq olaraq baxmalısınız. Bunun nəticəsində nə qədər qərarlı olduğunuza bağlı olaraq istədiyiniz şeyi əldə etmək daha asan olacaqdır. Əzimli, qərarlı və qətiyyətli bir şəkildə onu istəməyə və əlinizdən gələnin ən yaxşısını etməyə çalışın. Heç bir şey asan əldə edilmir.

5. Əsla həvəsdən düşmə!

Olmur, cəhd etdim alınmadı, heç cürə tutmur kimi cümlələr sizi mənfi düşüncələrlə kökləyəcək və bu da davranışlarınıza təsir göstərəcək. Onsuz davranışlar düşüncələrimizin bir parçası olaraq meydana gəlir. buna görədə çox müsbət düşünür və o formada danışsanız qabağınıza şansı çıxaracaqdır. Əsas odur ki siz daima istəkli, pozitiv olun beləliklə davranışlarınızda pozitiv istiqamətdə olacaqdır. İstədiyiniz asanlıqla sizin olacaqdır.

 

Ən sərfəli krediti almaq üçün müraciət et