"SpaceX" və "Tesla" şirkətlərinin sahibi İlon Mask özünün "Tvitter" səhifəsində "Facebook"un rəhbəri Mark Zukerberqin süni intellektlə bağlı fikirlərini tənqid edib.
"The Verge"in xəbərinə görə, Zukerberq "Facebook"un canlı yayımında Maskın "süni intellekt bəşəriyyətin sonunu yaxınlaşdıracaq" açıqlamasını məsuliyyətsiz adlandırıb. Onun fikrincə, bu məsələdə optimist olmaq lazımdır və süni intellekt insan həyatını daha yaxşı edəcək.
İlon Mask isə bu açıqlamaya belə reaksiya verib: "Mən bu mövzunu Markla müzakirə etmişəm. O, predmeti səthi anlayıb".