Müəllif:Mehin Qasımova/Banco.az
İlon Maskın "X" şirkətinin dəyəri açıqlanıb.
Banco.az xəbər verir ki, amerikalı iş adamı İlon Maska məxsus olan "X" şirkəti (keçmiş Twitter) 19 milyon dollar dəyərində qiymətləndirilir.
Ümumi rəqəm bir işçiyə ayrılan bir payın dəyəri əsasında hesablanıb.
Şirkət işçilərə mükafat olaraq məhdudlaşdırılmış səhmlər almaq imkanı verir. Bir qiymətli kağızın qiyməti 45 dollardır.
Nəşrin məlumatına görə, mart ayında "X" işçilərə ümumilikdə 20 milyard dollar dəyərində səhmlər təklif edib.
Qeyd edək ki, "Business Insider" portalı bir neçə gün bundan öncə İlon Maskın "X" sosial şəbəkəsini tanışlıq saytına və hətta rəqəmsal banka çevirməyi planlaşdırdığını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!