İlon Maskdan 6 addımda milyonçu ola bilmək üçün QAYDALAR | Banco.az

İlon Maskdan 6 addımda milyonçu ola bilmək üçün QAYDALAR

Son dövrün maraqlı simalarından olan, mühəndis, biznesmen və innovativ texnologiyalar mütəxəssisi İlon Mask öz missiyasını insanların həyatının yaxşılaşdırılmasında görür. Rolling Stone jurnalına verdiyi müsahibədə, ona bütün sahələrdə uğur gətirən “6 addım alqoritmi” barədə söz açıb. Söhbət hər kəs tərəfindən qəbul olunan standartların, bir kənara tərk edilərək, yeni ideyalar üçün sıfırdan başlamaq gərəkliyindən bəhs edir.

Həmçinin oxu: Böyük şirkətlərin rəhbərləri nə qədər maaş alır?

Məsəl üçün; siz yük maşını yaratmaq  istərdiniz. İlk olaraq, bazarda hansı modelin daha çox satıldığını və ya rəqibin təqdim etdiyindən daha yaxşısını yaratmaq kimi faktorları nəzərə almadan, işə başlamağınız şərtdir. Uğurlu nəticə əldə etmək üçün, yalnız bir meyar haqqında düşünməlisiniz. Sizə, yükü A məntəqəsindən B məntəqəsinə apara biləcək, qeyri-adi bir konstruksiya gərəklidir. Başqa əlavələr isə daha sonra düşünülüb, artırıla bilər. Siz innovativliyə meyl edərək, optimal qərar qəbul etməlisiniz, hətta o standart tipli olmasa belə.

İlon Maskın, elmi metodu, həyatımızda qarşılaşacağımız hər növ çağırışa, daha ayıq göz ilə baxmaq imkanı verir. Sadə alqoritm, yeni ideyaların yaranmasına təkan verən 6 addımdan ibarətdir. Özəlliyi isə, hər kəsin tətbiq edə bilməsidir. Hətta məqsədiniz, tikanlı uzun məsafəli qət edib, ulduzları fəth etmək, olsa belə…

Həmçinin oxu: Elon Musk-ın uğurunun sirri nədədir?

Əgər standart meyar çərçivələrini tərk edib, yeniliklərə hazırsınızsa, banco.az olaraq sizə "6 addım" alqoritmini təqdim edirik. 

1. Sual ver

Hər hansı bir çətinliklə qarşılaşdığınız halda, onu dərhal həll etməyə çalışmayın. İlk növbədə, heç kəsin ağlına gələ bilməyəcək sualı verin. 

Tesla Semi elektrik yük maşınını yaradarkən, Mask birinci addımdan istifadə edərək, həll olunacaq məsələnin tam dərinliyinə qədər araşdırmaq üçün cəmiyyət tərəfindən qəbul olunmuş stereotiplərdən uzaqlaşdı. Bu ona əsas aspektlərdə fikrini cəmləməyə imkan verərək; rəqiblərin yaratdığı yük maşınının deyil, ən yaxşısını hazırlamaqda yardımçı oldu.

Fərqi özünüz hiss edin:

1. Ən yaxşı yük maşınını necə hazırlamaq olar?

Ən sərfəli kredit üçün müraciət et

2. Yaxşı yük maşını nədir? Nələrdən ibarətdir?

Mask yeni layihələri, məhz bu suallar üzərindən işlənilməsinə başlayır. 

2. Mümkün qədər çox məlumat toplamağa çalışın

Bu mərhələdə, hər kəs özünü sanki araşdırmaçı olaraq sınayacaq. Üzərində çalışdığınız məsələnin həll köklərini tapmaq üçün məlumat axtarışına çıxmaq və ya yeni biliklərin qazanılması lazım ola bilər. Mask öz məhşur tunelini yaratmaq ideyası barəsində düşünərkən, işçilərinin avtomobil dayanacağını boşaltmasını və ərazini qazmalarını xahiş edib. Bu təcrübə ona prosessin maksimum olaraq neçə müddətə başa gələcəyini anlamağa imkan verib. Beləliklə, dərhal sonra iri miqyaslı layihəyə start verilib.

3. İddia irəli sürün

Əldə etdiyiniz məlumatlardan istifadə edib, bir neçə işinizə yaraya biləcək iddialar haqqında düşünün və hər birinin mümkünlüyünü müvafiq faiz dərəcələri ilə işarələyin. Bütün nüansları nəzərə alaraq, şəffaf və dəqiq iş görün. 

4. Nəticə çıxarın

İddiaları tətbiq etməzdən əvvəl, onların nə dərəcədə işinizə uyğun olub-olmadığına nəzər yetirin. Mütləq dərəcədə sizi arzuladığınız nəticəyə gətirə biləcəyi, aktuallığı haqqında düşünərək, həll yolunun məntiq və optimallıq prinsiplərinə uyğun olmasına üstünlük verin. 

5. Çıxardığınız nəticəni, təkzib etməyə çalışın

Növbəti olaraq, bütün görülən işlərdən sonra əldə edilən nəticəni təkzib etməyə çalışın. Bu zaman başqalarının məsələ ilə bağlı fikirlərini öyrənin. Özünüzə güvənmək üçün əlinizdə yetərli qədər məlumatın olmasına baxmayaraq, bu məsələdə başqa insanlara da, müraciət mütləqdir. Əks halda, siz bütün uğurları vurğulayıb, yalnışları gözdən qaçıraraq, tələyə uğraya bilərsiniz.

6. Əgər çıxardığınız nəticəni heç kəs təkzib edə bilmirsə, yəqin ki, siz məsələnin həlli yolunu tapmızısınız

Vurğulanan yəqin ki, sözü təsadüfü deyil.

Yeni məlumatların əlavə edilməsi üçün, daim boş yerlər saxlayın. Çünki, zaman keçdikcə, illər əvvəl irəli sürülən fərziyyələri belə rədd edə bilinir. Qəbul etdiyiniz qərarı heç də son instansiya kimi qəbul etməyin. Çünki, müəyyən vaxtdan sonra hər şey dəyişilir. 

Maksimal dərəcədə, obyektiv qərarlar verməyə çalışın, tənqidlərə və yerində qeyd olunan arqumentlərə qarşı həssas davranmayın, arzu etdikləriniz heç də reallıqda əks olunmaya bilər. Bütün faktorları nəzərə alıb, digərlərindən daha fərqli nəticələr əldə edə bilməniz üçün "6 addım" və yeniliklərə hazır olmanız yetərlidir. 

Ən sərfəli krediti almaq üçün müraciət et