İlon Mask yeni modelin təqdimatına hazırlaşır | Banco.az

İlon Mask yeni modelin təqdimatına hazırlaşır

Tesla şirkəti Model Y elektromobilini 14 mart tarixində təqdim edəcək. Yeni model elektomobil haqqında bütün məlumatlar təqdimat zamanı məlum olacaq. İlon Mask, yeni elektroavtomobilin, daha öncə təqdim edilən Model 3-dən 10% baha olacağını və daha az gediş ehtiyatına malik olduğunu bildirib.

Həmçinin oxu: Tesla offline mağazalarını bağlamağa hazırlaşır

İlon Mask 2017-ci ildə şirkətin SUV klass avtomobil isthesal etmək planlarından söz açıb. O zaman, həmin avtomobilin Model 3 ilə eyni detal və komponentlər ilə təchiz edilməsindən bəhs etmişdir.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu il, 1 mart tarixində Tesla şirkəti online-satışların artması məqsədi ilə böyük həcmdə fəaliyyət göstərən offline mağazaların bağlanılması və Model 3 elektromobilinin qiymətinin azalması ilə bağlı açıqlama verib. Güzəştləri nəzərə almadan, ən ucuz versiya 35 min dollar qiymətindədir.

Xəbəri həm də başqa dildə oxumaq mümkündür: Илон Маск назначил презентацию Tesla Model Y

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et