Ilon Mask "Twitter"in yeni baş direktorunun adını açıqlayıb | Banco.az

Ilon Mask "Twitter"in yeni baş direktorunun adını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter” hesabında yenicə işə qəbul etdiyi şirkətin baş icraçı direktorunun adını açıqlayıb.

Banco.az xəbər verir ki, tanınmış milyarder İlon Mask “NBC Universal”ın Qlobal Reklam və Tərəfdaşlıqlar üzrə rəhbəri Linda Yakkarinonu “Twitter”in yeni baş direktoru (CEO) vəzifəsinə təyin edib.

Yakkarino 6 həftədən sonra vəzifəsinin icrasına başlayacaq.

Mask açıqlamasında qeyd edib ki, bundan sonra o, şirkətdə məhsul dizaynı və yeni texnologiyaların inkişafı ilə bağlı işlərə fokuslanacaq, Yakkarino isə biznes əməliyyatlarını idarə edəcək.

“Bu platformanı hər şey tətbiqi "X"ə çevirmək üçün Linda ilə birgə işləməyi səbirsizliklə gözləyirəm”, deyə İlon Mask bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Twitter”dəki yeni işi üçün “NBC Universal”dan ayrılan Yakkarino həmçinin Dünya İqtisadi Forumunda (WEF) Biznesin Gələcəyi İş Qrupunun sədri vəzifəsini icra edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et