İlon Mask "Twitter"i satın alacağı dəqiq tarixi açıqladı | Banco.az

İlon Mask "Twitter"i satın alacağı dəqiq tarixi açıqladı

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın "Twitter" ilə razılaşmasını cümə günü yekunlaşdırmağı planlaşdırdığı bildirilir. Mask bu barədə məlumatı satınalma üçün maliyyə təklifi verən bankirlərlə görüşdə edib.

Banco.az xəbər verir ki, razılaşma üçün 13 milyard dollarlıq maliyyə təmin edən bankların razılaşmanı yekun mərhələyə çatdırdığı və Maskın nağd pul köçürməsi etməzdən əvvəlki son addım olan müqavilənin imzalanması mərhələsinə gəlib çatdığı bildirilib.

Sözügedən xəbərdən sonra "Twitter" şirkətinin səhmləri sürətlə bahalaşıb.

Xatırladaq ki, razılaşma əldə edildikdən sonra Maskın şirkət işçilərinin böyük hissəsini ixtisar edəcəyi iddia edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et