İlon Mask "Tesla"da növbəti səhm satışı həyata keçirib | Banco.az

İlon Mask "Tesla"da növbəti səhm satışı həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask yenidən “Tesla”da səhm satışı həyata keçirib.

Banco.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən rəsmi bildirişə görə, İlon Mask elektromobil istehsalçısı “Tesla” şirkətinin 19,5 milyon səhmini satışa çıxarıb ki, bu da, 3,95 milyard dollar deməkdir.

Bununla da, Mask “Twitter” şirkətini 44 milyard dollara satın aldıqdan sonra növbəti səhm satışına imza atıb. 

Xatırladaq ki, o, bu ilin aprel ayında təxminən 8,5 milyard, avqustda isə 6,9 milyard dollar dəyərində “Tesla” səhmi satmışdı. Sonuncu satış əməliyyatından sonra Maskın bu vaxta qədər satışa çıxardığı “Tesla” səhmlərinin ümumi dəyəri 19,4 milyard dollar hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et