İlon Mask qısa müddətə "ən varlı insan" titulunu itirib | Banco.az

İlon Mask qısa müddətə "ən varlı insan" titulunu itirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “dünyanın ən varlı insanı” titulunu qısa müddətə Bernard Arnoya uduzub.

Banco.az xəbər verir ki, “Forbes” nəşrinin məlumatına görə, İlon Mask rəhbərlik etdiyi elektromobil istehsalçısı “Tesla” şirkətindəki səhmlərinin dəyərinin kəskin ucuzlaşmasından və “Twitter”i almaq üçün 44 milyard dollar xərcləməsindən sonra çərşənbə günü dünyanın ən varlı insanı titulunu qısa müddətə itirib.

Bununla da, fransız moda nəhəngi “Louis Vuitton”un ana şirkəti “LVMH”nin CEO-su Bernard Arno və ailəsi 185,3 milyard dollarlıq sərvətləri ilə qısa müddət ərzində dünyanın ən varlı insanları ünvanına sahib olublar. 

Ən sərfəli kredit üçün müraciət et

Lakin daha sonra Mask yenidən birinciliyə yüksəldiyi üçün Bernard Arno və ailəsi əvvəlki mövqelərinə, yəni dünyanın ikinci ən varlı insanları tituluna qayıdıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et