İlon Mask Neuralink cihazını sabah təqdim edəcək | Banco.az

İlon Mask Neuralink cihazını sabah təqdim edəcək

Tamara Mustafayeva, Banco.az

İlon Mask sahib olduğu sirli neyro-texnologiya firması Neuralink-in cümə günü saat 19:00-da işlək beyin implantını təqdim edəcəyini açıqlayıb. Sözügedən implantların məqsədi insanların telefon və ya kompüter kimi avadanlıqları zehin gücü ilə idarə etmələrinə imkan yaradan xüsusi bir cihaz yaratmaqdır. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, İlon Mask 28 avqust tarixində sözügedən cihazla bağlı yenilikləri açıqlayacağını hələ iyul ayında elan etmişdi. İndi isə həmin yeniliklərin şirkətin əlində olan texnologiyanı insan beyni ilə əlaqələndirmək üçün dizayn edilmiş ikinci nəsil robotun və işlək neyron cihazının təqdimatından ibarət olduğunu açıqlayıb, ancaq məsələ ilə bağlı ətraflı məlumat verilməyib.

Xatırladaq ki, ötən il Neuralink şirkəti tərəfindən 2020-ci ilin sonunda laboratoroji testlərə başlayacaqları açıqlanmış, ancaq bu hədəflə bağlı yeni məlumat verilməmişdi. Sabah həyata keçiriləcək təqdimat mərasiminin də hansı platformadan yayımlanacağı hələ ki, elan edilməyib, ancaq gün ərzində vaxtaşırı şirkətin YouTube kanalını izləmək tövsiyə edilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İlon Mask haqqında bilmədiyiniz 10 maraqlı fakt

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et